Açılışa özəlYeni mərkəzimizin açılışına özəl — 10 sentyabradək tam ödənişə 30% endirim→ Yerinizi tutun

Yumeiho Center Azerbaijan

Ağrı ilə yaşamaqvərdiş deyil.

Yapon Yumeiho terapiyası onurğanı və çanağı düzləndirir, əzələləri boşaldır və bədənin öz bərpa gücünü işə salır. Bel ağrısı, baş ağrısı, skolioz — həlli dərmanda yox, kökündədir.

Nə ilə işləyirik

Ağrınızın kökünə gedirik

Yumeiho terapiya seansı — terapevt döşəkdə xəstə ilə işləyir
100%dərmansız

Metod

Yumeiho necə işləyir?

Yumeiho — Yaponiyada yaranmış manual terapiya sistemidir. Fəlsəfəsi sadədir: ağrıların çoxunun səbəbi çanağın və onurğanın simmetriyasının pozulmasıdır. Simmetriya bərpa olunanda bədən özü sağalmağa başlayır.

  1. Müayinə və qiymətləndirmə

    Bədənin simmetriyası, duruş və hərəkət nümunələri yoxlanılır, problemin mənbəyi müəyyən edilir.

  2. Korreksiya seansı

    Xüsusi texnikalarla çanaq və onurğa düzləndirilir, gərgin əzələlər dərindən boşaldılır.

  3. Bərpa və izləmə

    Fərdi proqramla nəticə möhkəmləndirilir — hər seansda irəliləyiş qiymətləndirilir.

Metod haqqında ətraflı →
Əyri oturanlarla düz danışıram
Firuzi SədrəddinoğluYumeiho Center Azerbaijan
Firuzi Sədrəddinoğlu
Yumeiho Terapist

Terapevtiniz

Firuzi Sədrəddinoğlu

Beynəlxalq Grade 3 dərəcəli Yumeiho terapevti və təlimçi. Fizioterapiya təməli üzərində (Anadolu Medical Center, İstanbul) 2019-cu ildən Yumeiho metodunu tətbiq edir. Bakıda yeni açılan Yumeiho Center Azerbaijan-da həm xəstələri qəbul edir, həm də beynəlxalq metodika ilə yeni terapevtlər yetişdirir.

Grade 3
Beynəlxalq Yumeiho diplomu (2024)
100%
Dərmansız yanaşma
2018
Peşəkar fəaliyyətin başlanğıcı
Ətraflı →

Təlim

Yumeiho terapevti olun

Yumeiho təkcə müalicə deyil — peşədir. Bakıda keçirilən praktiki seminarlarda metodun əsaslarını öyrənin, sertifikat qazanın və Yumeiho ailəsinə qoşulun. Son buraxılışımız artıq öz fəaliyyətinə başlayıb.

Seminarlar haqqında →

Bu gün ilk addımı atın

Açılışa özəl 10 sentyabradək tam ödənişə 30% endirim qüvvədədir. WhatsApp-la yazın — vəziyyətinizi dinləyib sizə uyğun vaxt təklif edək.